“Fenerbahçe”dən Ferdi Kadıoğlu mesajı

Bakı, 15 avqust, Sporaz.tv

Xarici mətbuatda, Ferdi Kadıoğlunun “Brighton” ilə razılaşdığı iddia edilən “Fenerbahçe” bu mövzuda bir mesaj verdi.

Sporaz.tv xəbər verir ki,”Fenerbahçe”nin uğurlu futbolçusu Ferdi Kadıoğlu’nun İngilis komandası “Brighton” iddiaları ortaya atıldığı halda, “sarı-lacivertli” klubundan reaksiya gəlmədi.

Super Liqanın 2. turunda “Göztepe” matçının hazırlıqlarını davam etdirən “Fenerbahçe”, sosial media hesabında “Göztepe” matçı hazırlıqlarına başladıq” yazılı paylaşım etdi.

“Sarı lacivertliler”, Ferdi Kadıoğlunun olduğu məşq şəklini paylaşaraq, tranferin gerçəkləşmədiyi mesajını verdi.

Ferdi, son anda zədə səbəbiylə “Lille” matçında heyətdən çıxarıldı. İngilis mətbuatında, 24 yalı futbolçunun “Brighton” ilə razılaşdığı, klublar danışıqların aparıldığı xəbəri ortaya çıxdı.

Bahar Rüstəm