“Fenerbahçe”dən Edin Dzeko ilə bağlı qərar verilib

Bakı, 1 iyul, Sporaz.tv

Hajduk Split“ə transfer oluna biləcək Edin Dzekonun gələcəyi maraq doğurur. Ayrılığı gündəmdə olan Dzeko ilə bağlı “Fenerbahçe” qərarını verib.

“Fenerbahçe”nin təcrübəli hücumçusu Edin Dzeko üçün sürpriz transfer ehtimalı üzə çıxıb.

Hajduk Splitin Dzeko üçün “Fenerbahçe”yə təklif etdiyi iddia edilib. Batshuayidən sonra Edin Dzekonun sarı-göylülərdən ayrılması gündəmdədir.

Sporaz.tv xəbər verir ki, Jose Mourinho ilə işləmək istəyən və müqaviləsini “Fenerbahçe”də tamamlamağı planlaşdıran Dzekonu Hajduk Splitdən gələn təklif çaşbaş salıb.

Transferin Split şəhərinin Dzekonun evindən 250 km uzaqda olması və futbolçunun ailəsi ilə daha çox vaxt keçirmə ehtimalı səbəbindən reallaşa biləcəyi vurğulanıb.

Digər tərəfdən Fenerbahçe Edin Dzeko ilə bağlı qərarını verib.

“Sarı-lacivərdlilər” Dzekonu komandada saxlamaq istəsələr də, son qərarı təcrübəli hücumçunun öhdəsinə buraxıb, gözlədilər.

Ötən mövsüm Dzeko “Fenerbahçe”nin heyətində ümumilikdə 46 matçda meydana çıxıb və 3288 dəqiqə oynayıb, 25 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.