Bakı, 15 noyabr, Sporaz.tv
“Fenerbahçe“(Fənərbağça)-nin serb ulduzu Dusan Tadicin mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləmək istəyən sarı-göylü rəhbərliyin təklifi açıqlanıb. Dusan Tadicə də keçmiş komandasından sürpriz təklif aldığı iddia edilirdi.
Sporaz.tv məlumat verir ki, “Fenerbahçe” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Dusan Tadicin sarı-göylülər heyətində ardıcıl çıxışı diqqət çəkir.
“Fenerbahçe”, ötən mövsümdən indiyədək 76 rəsmi oyun keçirib və Tadic bu matçların 75-də iştirak edib.
Komandasına 23 qol və 23 məhsuldar ötürmə verən serbiyalı ulduz, digər statistikalarda da uğurlu çıxış edir.
Ötən mövsüm liqada ən çox assist gözləntiləri yaradan futbolçu olan Tadic, həm də liqada ən çox şans yaradan futbolçudur (30). Bu mövsüm liqanın ən yüksək reytinqinə (7,65) çatan Tadic, 2,7 xalla ən çox əsas ötürmə edən oyunçu adına sahibdir.
Heç zədə görməyən və qırmızı vərəqə almayan təcrübəli ulduzun oynamadığı yeganə matç, ötən mövsüm Türkiyə Kubokunda “Adanaspor” matçı olub.
Bu mövsümün sonunda müqaviləsi başa çatacaq Dusan Tadicində qalması üçün təmaslar başlayıb.
Keçmiş klubu “Ajax“, 2 mövsümlük müqavilə və daha sonra məşqçi kimi davam etməyi düşünərkən, “Fenerbahçe”-də 1 mövsümlük müqavilə təklif edəcək. İllik 4 milyon avro qazanan futbolçuya rəhbərlik eyni rəqəmi təklif edəcək.