“Fenerbahçe”dən Akor Adams sürprizi

Bakı, 17 iyun, Sporaz.tv

Transfer səylərini davam etdirən Fenerbahçe (Fənərbaxça), Fransa Liqa 1 klubu “Montpellier“də çıxış edən Akor Adamsı gündəmə gətirib.

Sporaz.tv xəbər verir ki, sarı-göylər 24 yaşlı nigeriyalı hücumçu ilə maraqlanır.

Türk mediasında paylaşılan xəbərlər də Akor Adamsla maraqlanan tək klubun Fənərbaxça olmadığı da bildririlir. Ulduz futbolçunu İtaliya A Seriyasının “Fiorentina” komandasının da öz rənglərinə bağlamaq istədiyi qeyd edilib.

Hazırda bazar dəyəri 10 milyon avro olan Adamsın Montpellier ilə 2027-ci ilə qədər müqaviləsi var.