Bakı, 12 noyabr, Sporaz.tv
Uzun fasilədən sonra “Fenerbahçe“(Fənərbağça)-də ilk 11-likdə oynamaq şansı qazanan Samet Akaydının mövsümün əvvəlində komandadan ayrılmaq üçün baş məşqçi Jose Mourinho ilə görüşdüyü iddia edilib.
Sporaz.tv məlumat verir ki, bu mövsüm ilk dəfə 11-likdə forma geyinən və “Fenerbahçe”-nin “Sivasspor“-u 4-0 məğlub etdiyi matçda qol vuran Samet Akaydının, mövsümün əvvəlində sarı-göylü komandadan ayrılmaq istədiyi iddia edilib.
Sarı-göylülər 337 gündən sonra ilk 11-də forma geyinən Samet 671 gün sonra liqada qol sevinci yaşayıb.
Ötən mövsüm “Fenerbahçe”-yə gələn, lakin vaxt tapa bilməyən və AVRO-2024-də oynamaq şansını əldən verməmək üçün Yunanıstanın “Panathinaikos” komandasına icarəyə verilən 30 yaşlı futbolçu, Mourinho ilə istədiyi şansı tapa bilməyib. .
Onun Çempionlar Liqasının seçmə mərhələsi üçün UEFA-ya verdiyi siyahıda yer almayanda portuqaliyalı məşqçi ilə danışıb və ayrılmaq istəyib.
Mövsümün əvvəlində aralarında “Bodrum FK”-nın da olduğu 5 klubdan təklif alan Sametin: “4-cü müdafiəçi olcamsa, ayrılmaq istəyirəm. Mən oynamaq istəyirəm”- dediyi öyrənilib.
Mourinho: “Heç yerə gedə bilməzsən. Sən də oynayacaqsan, sadəcə səbr et”- deyərək ayrılığa icazə verməyib.
Sivasla görüşdə həmin şansı tapan Samet, məşqçisini biabır etməyib.