“Fenerbahçe”də Mourinho fərqi

Bakı, 17 sentyabr, Sporaz.tv

Fenerbahçe“nin baş məşqçisi Jose Mourinho “sarı-göylü” komandada müdafiə fəlsəfəsini qurduğu üçün müdafiə xəttindəki performansın əvvəlki mövsümlə müqayisədə yüksəlməsi diqqət çəkir.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin dünyaca məşhur məşqçisi Jose Mourinhonun “sarı-göylü” komandada işə başladığı gündən bəri ən böyük təsiri müdafiə xəttində oldu.

Mourinhonun oyun fəlsəfəsinin ən böyük xüsusiyyəti müdafiə idi. Mourinho ilk gündən tələbələrinə bunu vurğulasa da, müdafiə xəttindəki adların istədiyi performansı göstərməsi çox çəkmədi.

Superliqada keçirdiyi 5 matçın 4-də qol buraxmadan qalib gələn “Fenerbahçe” müdafiə xəttini gücləndirməsə də, komanda daxilindəki rəqabət futbolçuların performansını artırmağa imkan verib.

Çağlar Söyüncü müdafiədə Mourinhonun vazkeçilməz olduğu halda, Djikunun yoxluğunda Oosterwoldenin müdafiəçi kimi çıxış etməsi portuqaliyalı çalışdırıcının əlini gücləndirdi.

Xorvatiyalı qapıçı Dominik Livakovicin performansının artması müdafiə xəttini də yüngülləşdirib. Livakovic “Göztepe” ilə səfər oyunundan başqa Super Liqada qol saxlamasa da, 85%-lik qənaətə nail olub.

Livakovicin özünə inamı və müdafiə xəttinin artan performansı ilə baş məşqçi Jose Mourinhonun əvəzolunmaz müdafiə sistemi qüsursuz işləməyə başladı.

Bahar Rüstəm

Leave a Reply