“Fenerbahçe”də Mert Hakan Yandaşla bağlı qərar verildi

Bakı,22 may,Sporaz.tv

Fenerbahçe“nın derbi qələbəsinin önəmli adlarından olan Mert Hakan Yandaşla müqavilə danışıqları yekunlaşıb. Hazırkı prezident Ali Koçun seçkilərdən sonra vəzifəsini davam etdirəcəyi təqdirdə Mert Hakan Yandaşın müqaviləsinin uzadılacağı bildirilib.

Sporaz.tv xəbər verir ki, Superliqanın 37-ci həftəsində səfərdə “Galatasaray“ı 1:0 hesabı ilə məğlub edən “Fenerbahçe”nın qələbəsinin memarlarından biri də Mert Hakan Yandaş olub. Mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçu ilə bağlı son qərarı “sarı-göylülər” rəhbərliyi verib.

“Fenerbahçe”nın prezidenti Ali Koç Mert Hakan Yandaşla yeni müqavilə ilə bağlı anlaşıb. Mert Hakan Yandaşın görüşlərdə “Fenerbahçe ilə danışıqlara getməyəcəyəm. İstəsəniz, boş müqavilə imzalayacam” deyib.

Mert Hakan Yandaş bu mövsüm “Fenerbahçe”nın heyətində 27 matçda forma geyinib. 29 yaşlı futbolçu bu matçlarda 3 qol vurub, 6 məhsuldar ötürmə edib.

Bahar Rüstəm