Bakı, 16 oktyabr, Sporaz.tv
Milli Komandanın forması ilə Monteneqro və İslandiya matçlarında uğurlu çıxış edən İrfan Can Kahveci “Fenerbahçe” rəhbərliyini təşvişə salıb. Futbolçu ilə müqavilə danışıqlarının hələ imzalanma mərhələsinə çatmadığı bildirilsə də, Kahvecinin komandada daha çox vaxt alması gözləntiləri var. Bu vəziyyət üçün Mourinhonun da hərəkətə keçməyə hazırlaşdığı iddia edilib.
Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”də ötən mövsümün ulduzlarından olan İrfan Can Kahvecinin Mourinho komandaya gəlişindən sonra daha az oyun keçirməyə başlayıb.
Mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçu Çernoqoriya və İslandiya ilə matçların kilidini açmaqla milliyə qələbə qazandıran adlardan biri olub.
“Fenerbahçe” rəhbərliyi İrfan Can Kahveci ilə yeni müqavilə danışıqlarından sonra hələ də imza mərhələsinə gedə bilmədiyi üçün həyəcanlı vəziyyətə düşdü.
İrfan Can Kahvecinin daha çox oyuna çıxması gözlənilsə də, Jose Mourinhonun da bu vəziyyətdən xəbərdar olduğu bildirilib. Portuqaliyalı çalışdırıcının bu vəziyyəti aradan qaldırmaq üçün yeni planlar üzərində işlədiyi bildirilib.
İrfan Can Kahveci bu mövsüm “Fenerbahçe”nin heyətində 11 matçda 416 dəqiqə meydanda olub. 29 yaşlı futbolçu bu matçlarda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bahar Rüstəm