“Fenerbahçe”də Fenoglio dövrü

Bakı, 12 iyul, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça) Medicana Qadın Voleybol Komandasının yeni baş məşqçisi italyan məşqçi Marco Fenoglio oldu.

Sporaz.tv xəbər verir ki, “Sarı-göylər” klubundan verilən açıqlamaya görə, son olaraq Polşanın “Grupa Azoty Chemik Police” komandasını çalışdıran 54 yaşlı baş məşqçi ilə razılıq əldə olunub.

Fenerbahçe (Fənərbaxça) klubu, müqavilə ilə bağlı bunları deyib: “İtaliyalı baş məşqçi Marco Fenoglionu salamlayır, ona uğurlar və çempionluqlarla dolu illər arzu edirik”.