“Fenerbahçe”də Djiku sevinci

Bakı, 20 noyabr, Sporaz.tv

Fenerbahçe“də Aleksandr Djikunun müalicəsi başa çatıb. Qanalı müdafiəçinin “Kayserispor“a qarşı meydanda olacağı gözlənilir.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”yə Aleksandr Djikudan şad xəbər gəlib. Qanalı müdafiəçinin müalicəsinin son mərhələdə olduğu öyrənilib.

“Trabzonspor” matçının 59-cu dəqiqəsində zədələnən Djiku oyunu tərk edib. 30 yaşlı futbolçu “AZ Alkmaar” matçında meydana çıxa bilməyib.

Qısa müalicə prosesi keçən təcrübəli futbolçu “Sivasspor” matçına ehtiyat oyunçular skamyasında başlayıb. Matçın 11-ci dəqiqəsində zədələnən Çağlar Söyüncünün yerinə Alexandr Djiku oyuna daxil olub.

Zədəsi hələ tam sağalmamış qanalı müdafiəçi 76 dəqiqə meydanda qalıb və 87-ci dəqiqədə Bartuğla əvəzlənib.

Djiku Qana millisinin Anqola və Nigerlə matçlar üçün heyətində yer ala bilməyib. Zədəsini xeyli sağaldan Aleksandr Djikunun “Kayserispor”a qarşı oynaya biləcəyi öyrənilib.

Təcrübəli müdafiəçi bu mövsüm 15 matçda meydana çıxıb və 11-də start götürüb. 1126 dəqiqə meydanda qalan Djiku müdafiənin önəmli adlarından biri kimi seçilir.

Bahar Rüstəm

Leave a Reply