Bakı, 9 iyul, Sporaz.tv
Fenerbahçe (Fənərbaxça) Qadın Voleybol Komandasında 4 futbolçunun müqaviləsi yenilənib.
Sporaz.tv xəbər verir ki, sarı-göylü klubdan verilən açıqlamada Melissa Vargas, Gizem Örge, Aslı Kalaç və Meliha Dikenin müqavilələrinin uzadıldığı bildirilib.
Vargasla 3 illik, Gizem və Aslı ilə 2 il, Meliha ilə isə 1 illik yeni müqavilə imzalandığı qeyd edilib.