“Fenerbahçe”den Tadiç qərarı

Bakı, 13 noyabr, Sporaz.tv

Fenerbahçe“nin (Fənərbaxça) baş məşqçisi Joze Mourinyo üçün vazgeçilməz olan Duşan Tadiç bu mövsüm 19 matçda meydana çıxıb. Mövsümün sonunda müqaviləsi bitəcək futbolçu üçün “Fenerbahçe” rəhbərliyi hərəkətə keçib.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin (Fənərbaxça) düşünən beyni Duşan Tadiç bu mövsüm göstərdiyi performansla komandanın əsas adına çevrilib.

35 yaşlı futbolçu sol cinahdan sağ cinaha keçdiyi mövsümdə vurduğu qollarla hər kəsi özünə heyran buraxdı. Fanatikdə çıxan xəbərlərə görə, mövsümün sonunda müqaviləsi bitəcək Tadiç üçün “Fenerbahçe” (Fənərbaxça) rəhbərliyi hərəkətə keçib.

Serb ulduzun komandada olan çıxışından son dərəcə məmnun olan rəhbərliyin Tadiçə 1+1 illik müqavilə təklif edəcəyi gözlənilir.

Qeyd edək ki, Tadiç bu mövsüm “Fenerbahçe”nin (Fənərbaxça) heyətində 19 oyun keçirib. 35 yaşlı futbolçu bu matçlarda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Leave a Reply