“Fenerbahçe”de En-Nesyri inkişafı

Bakı, 2 avqust, Sporaz.tv

Lill” matçının hazırlıqlarını davam etdirən Fenerbahçe (Fənərbaxça)-nın yeni transferi Youssef En-Nesyri komanda ilə məşqlərə başlayıb.

Sporaz.tv xəbər verir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Lill”lə qarşılaşacaq Fenerbahçe (Fənərbaxça), matçın hazırlıqlarını davam etdirib.

Fenerbahçe (Fənərbaxça)-nın yeni transferi Youssef En-Nesyri komanda ilə işə başlayıb.

Sarı-göylülər, baş məşqçi Jose Mourinhonun rəhbərliyi altında 3 qrupa bölünərək 5-ə 2 top tutma və ötürmə məşqi ediblər.

Günün yeganə məşqi taktiki və fərdi məşqlərlə yekunlaşıb.

Fenerbahçe (Fənərbaxça), Lill matçının hazırlıqlarına sabahkı məşqlə davam edəcək.