“Fenerbahçe”de 10 ayrılıq

Bakı, 28 iyun, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça) Petrol Ofisi Qadın Futbol Komandası, 10 futbolçu ilə davam etməyəcəyini açıqladı.

Sporaz.tv xəbər verir ki, sarı-göylər klubundan verilən açıqlamada İla İlayda Civelek, Fatma Kara, Gülbin Hız, Anne Elisabeth Bailey, Zote Nina Kpaho, Ecem Cumert, Meryem Cennet Çal, Haley Lanier Berg, Olga Sevcova ve Zenatha Coleman  ilə yollarını ayırdıqları bildirilib.

Fenerbahçe (Fənərbaxça) komandadan ayrılan futbolçulara töhfələrinə görə təşəkkür edib.

Sarı-göylülər komandadan ayrılan futbolçulardan Meryem Cennet Çal “Beşiktaş United Payment“lə anlaşıb.