“Fenerbahçe”da Amrabat gündəmi

Bakı, 19 avqust, Sporaz.tv

Fenerbahçe“də transfer işləri davam edir. Fredin yoxluğunda yarımmüdafiəni gücləndirmək istəyən sarı-göylülərin hədəf adı Sofyan Amrabatdır.

 Sporaz.tv məlumat verir ki, “Fiorentina”ya rəsmi təklif edən “Fenerbahçe” rəhbərliyi, müvafiq zəmin yaradılmasını gözləyir.

Sarı-göylü komandanın gündəmində olan digər məsələ isə komandadan ayrılacaq futbolçulardır. Heyətdə yer almayan futbolçulardan başqa ayrılma ehtimalı olan ən önəmli isim Ferdi Kadıoğludu.

Türkiyəli futbolçu, sarı-göy rəngli formanı tərk edərsə, gücləndirmələr sol cinahda həyata keçiriləcək. “Fenerbahçe”nin Ferdinin gedişini bəyənmədiyi və transfer danışıqlarının davam etdiyi öyrənilib.

Bu vaxt sarı-göylü komanda, transfer hədəflərinə çatdıqdan sonra, o, heyətinə hücum gücü yüksək olan yarımmüdafiəçi qatmaq istəyir. Avropada transfer transferlərinin bitməsi ilə komandalarında oynaya bilməyən və ya müqaviləsinin bitməsinə 1 il qalan futbolçuların “Fenerbahçe”nin hədəfində olacağı öyrənilib.

Sarı-göylü, komandanın Avropanın 5 böyük liqasında çıxış edən əhəmiyyətli adların vəziyyətini yaxından izlədiyi bildirilir.