Bakı, 18 noyabr, Sporaz.tv
“Fenerbahçe“(Fənərbaxça)-nin yarımmüdafiəçinin transfer cəhdləri sürət qazanarkən, diqqət mərkəz müdafiəçisi Cenk Özkaçara yönəlib. Təcrübəli çalışdırıcısı Jose Mourinhonun rəhbərliyi altında işlərini davam etdirən sarı-göylü komandanın, radarında türkiyəli ulduz Cenk Özkacar var.
Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”, yanvarda “Valencia“-a transfer olunan və icarə əsasında “Real Valladolid”-də çıxış edən Cenk Özkaçarı transfer etmək üçün hərəkətə keçib.
Oosterwolde zədələndikdən sonra sol cinah və sol müdafiəçi mövqelərinə oyunçu axtaran sarı-göylülər Cenk Özkaçar üçün hərəkətə keçib.
Türkiyəli futbolçu, “Valencia”-dan ayrılmaq qərarına gəlib və “Real Valladolid”-lə icarə müqaviləsi imzalayıb. “Valencia”-da istədiyi fürsətləri tapa bilməyən Cenkin ayrılmaq qərarına gəldiyi bildirilib.
La Liqa komandalarından “Real Valladolid“-də çıxış edən milli ulduz indiyədək 3 matçda meydana çıxıb və ümumilikdə 106 dəqiqə meydanda olub.