“Fenerbahçe”dən TFF-yə hakim xəbərdarlığı

Bakı, 26 avqust, Sporaz.tv

Fenerbahçe“nin “Rizespor“a 5:0 hesabı ilə qalib gəldiyi matçdan sonra “sarı-göylü” klub matçdakı hakim qərarları ilə bağlı Türkiyə Futbol Federasiyasına açıqlama verib.

Sporaz.tv xəbər verir ki, Trendyol Super Liqasının 3-cü həftəsində “Fenerbahçe” səfərdə “Rizespor”u 5:0 hesabı ilə məğlub edib. Bu matçda mübahisəli hakim qərarları ilə bağlı “sarı-göylü” klubdan açıqlama verilib.

“Fenerbahçe”nin sosial media hesabından “Diqqət çəkirik” başlığı ilə edilən açıqlama belədir:

“Bu açıqlamanı Futbol Komandamızın Trendyol Super Liqasının 3-cü həftəsində səfərdə “Rizespor”la keçirdiyi oyunla bağlı veririk.İlk öncə komandamızı mehribanlıqla qəbul etdiyi üçün “Rizespor” rəhbərliyinə təşəkkür edirik. Bütün prosesləri heç bir problem olmadan idarə edən Rize Polis İdarəsinə də təşəkkür edirik. Sizi, komandamızı dayanmadan dəstəkləyən böyük azarkeşlərimizi səfər tribunalarında görməyə şadıq! Bu uzun və çətin marafon sizin dəstəyiniz olmadan keçə bilməz.Müvafiq izahatda vurğulamaq istədiyimiz odur ki, komandamızın üstün qələbəsinə baxmayaraq, həm “anlaşılmaz” sarı vərəqələr, həm də matçın ilk yarısında təyin olunmayan iki penalti hakimin idarəçiliyi və yanaşması və VAR ilə bağlı narahatlığımıza səbəb oldu. Tək istəyimiz, gözləntimiz bu yanaşmanın davam etməməsidir.Hakim idarəçiliyindəki sual işarələrini aradan qaldırmaq üçün Türkiyə Futbol Federasiyasını və bütün əlaqədar tərəfləri vaxt itirmədən lazımi addımları atmağa dəvət edirik”.

Bahar Rüstəm