“Fenerbahçe”dən Ryan Kent qərarı

Bakı, 2 avqust, Sporaz.tv

Jose Mourinhodan sonra “Fenerbahçe“də yenidən forma yarışmasına qatılan Ryan Kentlə bağlı İngiltərə mətbuatı tərəfindən yeni iddia ortaya atılıb.

Sporaz.tv xəbər verir ki, ötən mövsüm “Fenerbahçe”yə keçən, lakin mövsümün ikinci yarısından etibarən lisenziyası olmayan Rayan Kent Jose Mourinhonun gəlişi ilə yoldaşlıq matçlarında sınaqdan keçirilib.

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Lugano” ilə ilk 11-də başlayan Rayan Kent 68-ci dəqiqədə oyundan kənarlaşdırılıb.

Jose Mourinho cavab görüşündə ingilis futbolçuya heç bir şans verməyib.

İngiltərə mətbuatında çıxan xəbərlərə görə, “Fenerbahçe” Rayan Kent üçün gələcək təklifləri dəyərləndirməyə hazırdır.

Xəbərdə Leeds United-in marağı vurğulansa da, İngiltərə komandasının Kent üçün 2,5 milyon funt sterlinq təklif etdiyi bildirilib.

Rayan Kent ötən mövsüm “Fenerbahçe”nın heyətində 18 matçda forma geyinib.

27 yaşlı futbolçu bu matçlarda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bahar Rüstəm