“Fenerbahçe”dən rəsmi transfer müraciəti

Bakı, 26 iyul, Sporaz.tv

Yarımmüdafiəçi transferi planlaşdıran “Fenerbahçe“nin Sander Berge üçün “Burnley“yə rəsmi təklif göndərdiyi iddia edilib. Bergeyə çox vaxt sərf edən “sarı-lacivərdlilər”in Jose Mourinhonun heyətində iki futbolçunu ümumiyyətlə hesaba almadığı bildirilirdi.

Sporaz.tv xəbər verir ki, Jose Mourinhonun rəhbərliyi altında yeni mövsümə qədəm qoyan və Super Liqada mütləq çempionluğu hədəfləyən “Fenerbahçe” üçün transfer çalışmaları davam edir.

Nəhayət, forvard Youssef En-Nesyrini gücləndirən “Fenerbahçe” diqqətini yarımmüdafiə transferinə yönəltdi.

İdman direktoru Mario Branco En-Nesyirinin imza mərasimində “Transferlərimizin 95 faizini tamamladıq” dediyi halda, “sarı-göylülər” də yarımmüdafiəçi transfer etməyi planlaşdırır.

Bu çərçivədə “Fenerbahçe”nin gündəmində olan adlardan biri də Sander Bergedir.

“Fenerbahçe” Sander Berge üçün “Burnley”yə rəsmi təklif göndərib.

Kanariyanın İngiltərə komandasının cavabına uyğun olaraq transfer danışıqlarına rəhbərlik edəcəyi bildirilib.

Jose Mourinho 2 yarımmüdafiəçi gözdən çıxarb. Sözügedən futbolçuların Miha Zajc və Miguel Crespo olduğu bildirilir.

Bahar Rüstəm