“Fenerbahçe”dən Oosterwolde qərarı

Bakı, 2 sentyabr, Sporaz.tv

Ferdi Kadıoğlundan sonra Jayden Oosterwolde də “Fenerbahçe“dən ayrılmağa hazırdı. Hollandiyalı futbolçunun mövsüm sonu üçün rəhbərlikdən söz aldığı və Jose Mourinhonun bir cümləsi ilə komandada qalmağa razı olduğu iddia edilirdi.

Sporaz.tv xəbər verir ki, Ferdi Kadıoğlunu “Brighton”a satan “Fenerbahçe”nın Premyer Liqadan Jayden Oosterwolde üçün də talibləri var idi. Lakin Jose Mourinho 23 yaşlı futbolçunun gedişini bəyənməyib.

“Fenerbahçe”nin 2023-cü ildə Parmadan 6 milyon avroluq transfer əvəzi ilə heyətinə qatdığı Jayden Oosterwolde ilə İngiltərə komandaları maraqlanır.

Ferdi Kadıoğlundan sonra sol cinah müdafiəçi mövqeyində formanı götürən Jayden Oosterwolde Premyer Liqadan gələn təkliflərə müsbət yanaşıb.

Lakin hollandiyalı futbolçu Jose Mourinhonun “Sənə ehtiyacım var” deməsindən sonra komandada qalmağa razı olub.

Rəhbərlik Jayden Oosterwoldeyə mövsümün sonunda Premyer Liqadan təklif alacağı təqdirdə ayrılmasına icazə veriləcəyinə söz verib.

Uğurlu futbolçunun “Fenerbahçe” ilə 2027-ci ilin iyununa qədər müqaviləsi var. Joze Mourinyonun əvəzolunmaz oyunçularından olan Oostervolde oynadığı 8 matçın hamısında formanı geyinib. Oostervolde bu matçlarda 90 dəqiqə meydanda qalıb.

Bahar Rüstəm