Bakı, 9 oktyabr, Sporaz.tv
“Fenerbahçe”nin mövsümün əvvəlində “Alanyaspor”dan heyətinə qatdığı Oğuz Aydın formasını unudub. Mourinhonun gözündən düşdüyü deyilən futbolçunun “Fenerbahçe”dəki taleyinə aydınlıq gəlir.
Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin 6 milyon avroya “Alanyaspor”dan heyətinə qatdığı Oğzu Aydın cəmi 22 dəqiqə meydanda olub.
Jose Mourinhonu sevindirə bilməyən Oğuz Aydının icarəyə göndərilməsi mümkündür. Sol cinah rotasiyasında Maximin və Kosticdən geri qalan Oğuz Aydın “Fenerbahçe”nin UEFA Avropa Liqası heyətində yer almayıb.
Oğuz Aydın bu mövsüm “Fenerbahçe”nin heyətində 3 matçda 22 dəqiqə forma geyinib. 23 yaşlı futbolçu bu matçlarda heç bir qol və məhsuldar ötürmə etməyib.
Bahar Rüstəm