“Fenerbahçe”dən “Konyaspor”a keçir

Bakı, 23 iyul, Sporaz.tv

Konyaspor“, Fenerbahçe (Fənərbağça)-nın UEFA-nın heyətində yer almayan Umut Nayir üçün israr etməkdə davam edir. Yaşıl-ağların 31 yaşlı hücumçu üçün cəhdlərini sürətləndirəcəyi gözlənilir.

Sporaz.tv xəbər verir ki, Jose Mourinhonun UEFA heyətinə yazmadığı 9 futbolçudan biri olan Umut Nayirin yeni ünvanı bəlli olur.

Fanatikdə çıxan xəbərə görə, “Konyaspor”, Umut Nayiri heyətinə qatmaq istəyir. Yaşıl-ağlıların qısa müddətdə transferi başa çatdırmaq üçün işlərini sürətləndirəcəkləri bildirilib.

Umut Nayir ötən mövsüm icarə əsasında çıxış etdiyi “Pendikspor”da 18 rəsmi oyuna çıxıb. Təcrübəli futbolçu, bu matçlarda 5 qol vurub, 1 məhsuldar ötürmə edib.