“Fenerbahçe”dən KAP açıqlaması

Bakı, 5 iyun, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça), yeni baş məşqçisi Joze Mourinhonun, mövsümdə 10,5 milyon avro zəmanətli maaş alacağını KAP-a bildirib.

Sporaz.tv xəbər verir ki, Sarı-göylü komanda bu haqqda KAP-a açıqlama verib.

Komanda açıqlamasında: “Şirkətimiz 2024-2025 və 2025-2026 futbol mövsümləri üçün Futbol A komandasının baş məşqçisi vəzifəsi üçün cənab Jose Mario Dos Santos Mourinho Felix ilə mövsüm başına 10.500.000 avro razılığa gəldi.”- deyə bildirib.