“Fenerbahçe”dən iki imza birdən

Bakı, 21 iyun, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça) Mert Hakan Yandaş ilə 2 illik yeni müqavilə imzalandığını açıqladı. Klub, Fatih Karagümrükdən Levent Mercanla 3 illik anlaşma əldə edildiyini də bildirib.

Sporaz.tv xəbər verir ki, baş məşqçi Jose Mourinhonun rəhbərliyi altında yeni mövsümün hazırlıqlarına başlayan Fenerbahçe (Fənərbaxça), transfer çalışmalarını davam etdirir.

Sarı-göylülər, müqaviləsi başa çatan Mert Hakan Yandaşla 2 illik yeni müqavilə imzalandığını və Fatih Karagümrükdə çıxış edən Levent Mercanla 3 illik anlaşma əldə edildiyini açıqlayıb.

Sarı-göylü komandadan verilən açıqlamada: “Futbol A Komandamızın yeni mövsüm hazırlıqlarına baş məşqçimiz Joze Mourinhonun rəhbərliyi altında start verilib. Bu istiqamətdə komandamızın kapitanlarından Mert Hakan Yandaşla müqavilə yenilənib. 2 il daha Çubuklu formamızı geyinəcək Mert Hakan Yandaşa bir parçası olduğu Fenerbahçe (Fənərbaxça) ilə uğurlar arzulayırıq. Onu da qeyd edək ki, klubumuz, ötən mövsüm Fatih Karagümrükdə çıxış edən Levent Mercanla da 3 illik anlaşıb. Levent Mercana “Fenerbahçe”-yə xoş gəldin deyirik və fuybolçularımıza uğurlar arzulayırıq”-deyə bildirib.