“Fenerbahçe”dən Fred üçün zədə açıqlaması

Bakı, 31 iyul, Sporaz.tv

Fenerbahçe” “Lugano” matçında zədələnən Fredin sağ dizinin medial yan bağının zədələndiyini açıqlayıb. Fredin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Lugano” ilə cavab matçında zədələnən Fredin səhhətinin vəziyyəti ilə bağlı açıqlama yayıb.

“Sarı-göylü” klubdan verilən açıqlamada braziliyalı futbolçunun sağ dizinin daxili girov bağının zədələndiyi bildirilib.

Açıqlamada, “Çempionlar Liqasının 2-ci İlkin Turunda “Lugano” ilə matçda vurularaq oyunu tərk etmək məcburiyyətində qalan futbolçumuz Fred üçün Acıbadem Altunizadə Xəstəxanasında MRT çəkilişi aparılıb. Görüntü nəticəsində Sağ dizin medial yan bağının zədələnməsi aşkarlanan futbolçumuzun müalicəsinə dərhal başlanılıb” deyildi.

Fredin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Təcrübəli futbolçu “sarı-göylülər”in Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Lille”ə qarşı keçirəcəyi matçlarda meydana çıxa bilməyəcək.

Fənərbaxçanın paylaşımı:

Bahar Rüstəm