“Fenerbahçe”dən Ferdi Kadıoğlu üçün edilən rekord təklifə cavab

Bakı, 29 iyul, Sporaz.tv

Premyer Liqa təmsilçisi, “Brighton“un transfer dövrünün favoriti olan “Fenerbahçe“nin ulduzu Ferdi Kadıoğlu üçün təklifini 33 milyon avroya yüksəltdiyini bildirilib. Fenerbahçe rəhbərliyinin rekord təklifə cavab olaraq Ferdi Kadıoğlu üçün qərar verdiyi iddia edilib.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”dəki uğurlu mövsümünü AVRO-2024-dəki çıxışı ilə taclandıran Ferdi Kadıoğlu üçün təkliflər yağır.

Türkiyəli futbolçunun ən ciddi taliblərindən olan “Brighton”un son vaxtlar Ferdi Kadıoğlu üçün təklifini artırdığını bildirilib.

Fenerbahçe klubunun təklifini 27 milyon avrodan 33 milyon avroya yüksəldən “Brighton”a cavab verdiyi iddia edilib.

Fenerbahçe, Ferdi Kadıoğlu üçün bu təklifi qəbul etməyib.

Ferdi Kadıoğlu, ötən mövsüm “Fenerbahçe “nin heyətində 51 oyun keçirib.

Türkiyəli futbolçu bu matçlarda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.