“Fenerbahçe”dən Edin Dzeko qərarı

Bakı, 26 oktyabr, Sporaz.tv

Texniki komitə “Fenerbahçe“(Fənərbağça)-nin təcrübəli hücumçusu Edin Dzeko ilə bağlı qərarını verib.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”-də 2024-25 mövsümünə yaxşı başlayan və 15 matçda 9 qol və 2 məhsuldar ötürmə ilə çıxış edən Edin Dzeko üçün Jose Mourinho qərarı ortaya çıxıb.

Jose Mourinho, Edin Dzekonu ehtiyat oyunçular skamyasına aparacaq və formanı “En-Nesyri“-yə verəcək.

UEFA Avropa Liqasında “Manchester United”-lə matçda tora vurduqdan sonra “En-Nesyri”-nin daha çox vaxt qazanacağı iddia edilib.

“Manchester United”(Mançester Yunayted) matçında yaxşı çıxışını qolla taclandıran və bəxtini qıran “En-Nesyri”-nin qarşıdakı dövrdə “Fenerbahçe”-nin ilk hücumçusu olacağı bildirilirdi.

“Fenerbahçe”-nin heyətində ikinci qolunu vuran “En-Nesyri”, ilk qolunu səfərdə “Göztepe”yə vurub.