“Fenerbahçe”dən ayrılan Joshua King yeni komandası ilə anlaşıb

Bakı, 29 avqust, Sporaz.tv

Fenerbahçe“(Fənərbağça) ilə müqaviləsi başa çatan və komandadan ayrılan Joshua King, Fransanın “Toulouse“(Tuluza) komandasına transfer olunub.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”də iki mövsümün sonunda komandadan ayrılan Joshua Kingin yeni ünvanı rəsmən açıqlanıb.

Fransa Liqa 1 komandalarından biri olan “Toulouse”, sərbəst statusu olan Joshua Kingi heyətinə qatıb. Komandadan verilən acıqlamaya görə, oyunçu 13 nömrəli forma geyinəcək.

Joshua King, “Fenerbahçe”-nin heyətində 54 matçda forma geyinib. Norveçli futbolçu bu matçlarda 12 qol vurub, 7 məhsuldar ötürmə edib.