Bakı, 10 oktyabr, Sporaz.tv
“Fenerbahçe” ara transfer dövründə heyətinə qatmağı planlaşdırdığı Cristian Medinadan xərcinə görə imtina edə bilər. “Sarı-göylülər”in argentinalı futbolçunun Braziliya və Portuqaliyadan olan alternativlərini müəyyən etdiyi iddia edilib.
Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nın “Boca Juniors”un Medina üçün istədiyi 15 milyon avronu həddindən artıq çox tapdığı bildirilib. “Fenerbahçe” Medinaya alternativlər üzərində işlərə başlayıb.
Əgər “sarı-göylü” komanda Medinani xərcinə görə yanvarda heyətinə qatmasa, diqqətini Portuqaliya və Braziliya liqalarından olan digər oyunçulara yönəldəcək.
Cristian Medina bu mövsüm “Boca Juniors”da 29 oyun keçirib. Futbolçu bu matçlarda 2334 dəqiqə meydanda olub və 3 qol və 3 məhsuldar ötürmə ilə hesaba töhfə verib.
Bahar Rüstəm