“Fenerbahçe”də müdafiəçi transferi üçün Hermoso həmləsi

Bakı, 28 avqust, Sporaz.tv

Fenerbahçe“(Fənərbaxça) “Atletico Madrid“-lə müqaviləsi başa çatan Mario Hermosonu gündəminə gətirib. Hermosonun hər il 5 milyon avro tələb etdiyi bildirilib.

Mario Hermosonun adı müdafiəçinin möhkəmlənməsi üçün gündəmə gələn “Fenerbahçe”-də yarımmüdafiəçi transferi üzərində iş davam edir.

Joze Mourinhonun istədiyi sol ayaqlı müdafiəçinin transferi üçün işlərə başlanıldığı və sarı-göylülərin “Atletiko Madrid”-lə müqaviləsi başa çatan Mario Hermoso ilə maraqlandığı bildirilib.

Xəbərdə, 29 yaşlı futbolçunun hər il 5 milyon avroya əlavə olaraq imza haqqı tələb etdiyi bildirilib.

Futbolçu karyerasına “Real Madrid“-in infrastrukturunda başlayan Mario Hermoso, 2016/17 mövsümündə “Real Valyadolid”-ə icarəyə verilib.

İcarəyə götürdüyü mövsümdən sonra ispan müdafiəçi, 2017-ci ildə “Espanyol“-la müqavilə imzalayıb. Espanyolda iki mövsüm keçirdikdən sonra Hermoso, Atletico Madrid ilə müqavilə imzaladı.

2019-cu ildən “Atletico Madrid”-də çıxış edən Mario Hermoso, müqaviləsi başa çatdıqdan sonra komandadan ayrılıb.