“Fenerbahçe”də Luan Peres üçün qərar verildi

Bakı, 24 iyun, Sporaz.tv

Fenerbahçe (Fənərbağça), karyerasında zədəsini sağalda bilməyən Luan Peresin yeni mövsüm üçün heyətdə nəzərdə tutulmadığı bildirilib. Sarı-göylülər ilə daha bir il müqaviləsi olan futbolçuya rəsmi təklif gəlməsə, müqaviləsinə xitam verilməsi gözlənilir.

Sporaz.tv xəbər verir ki, Fenerbahçe (Fənərbağça)-da ilk mövsümündə zədələnərək aylarla meydanlardan uzaq qalan Luan Peres, ötən mövsümün ilk həftələrində dizindən əməliyyat olunub. Braziliyalı futbolçu üçün Fenerbahçe (Fənərbağça) macərası sona çatır.

Ölkəsi Braziliyadan talibləri olan futbolçu üçün kluba rəsmi təklif gəlməsə, sarı-göylülər Luan Peresin müqaviləsini ləğv etmək üçün hərəkətə keçəcək.

Luan Peres, Fenerbahçe (Fənərbağça)-nın heyətində ümumilikdə 23 oyun keçirib. 29 yaşlı futbolçu, bu matçlarda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.