“Fenerbahçe”də Luan Peres kitabı rəsmi olaraq bağlandı

Bakı, 3 sentyabr, Sporaz.tv

Fenerbahçe” təcrübəli müdafiəçi Luan Peresin müqaviləsinə qarşılıqlı xitam verildiyini TFF-yə bildirib. Luan Peres ölkəsinə qayıdır.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe” 2 il əvvəl “Marsel”dən 5,23 milyon avroya transfer olunan Luan Pereslə yollarını ayırıb.

Mourinhonun planları arasında olmayan 30 yaşlı braziliyalı müdafiəçinin müqaviləsinə xitam verilib.

“Sarı-göylülər” Luan Peresin müqaviləsinə xitam verildiyini TFF-yə bildiriblər.

Braziliyaya qayıdacaq Luan Peresin talibləri çox olsa da, ölkə mətbuatında futbolçu üçün ən sərfəli klubun Vasco da Gama olduğu bildirilirdi.

İki il ərzində “Fenerbahçe” ilə 23 matça çıxan Luan Peres ümumilikdə 1708 dəqiqə meydanda qala bilib.