Bakı, 1 noyabr, Sporaz.tv
Braziliyanın “Bragantino” komandası “Fenerbahçe“(Fənərbağça)-dən icarəyə götürdüyü Lincoln Henrique ilə bağlı qərarını verib. Lincoln Henriquenin ara transfer dövründə “Fenerbahçe”-yə dönəcəyi gözlənilir.
Sporaz.tv məlumat verir ki, “Fenerbahçe” Lincoln Henriquei ötən mövsüm ara transfer dövründə 6 milyon avroluq alış opsiyonu ilə “Bragantino”-ya icarəyə verib.
Braziliya təmsilçisinin Lincoln Henrique ilə bağlı qərarını verdiyi iddia edilib. “Bragantino” braziliyalı futbolçunun satın alma opsiyasını həyata keçirməmək qərarına gəlib.
İcarə müqaviləsi 2024-cü il dekabrın 31-də başa çatacaq Lincoln Henrique ara transfer dövründə “Fenerbahçe”-yə qayıdacaq.
25 yaşlı Lincoln Henriquenin “Fenerbahçe” ilə 2026-cı ilə qədər müqaviləsi var.