“Fenerbahçe”də Kasımpaşa matçı əvvəli Kostic və Amrabat açıqlamaları

Bakı, 12 sentyabr, Sporaz.tv

Fenerbahçe“(Fənərbaxça)-nin yeni transferləri Sofyan Amrabat və Filip Kosticin bazar günü oynanılacaq Kasımpaşa matçında oynayıb-oynamayacağı açıqlanıb.

Sporaz.tv məlumat verir ki, Trendyol Superliqasının 5-ci həftəsində bazar günü Kasımpaşanın qonağı olacaq yeni transferlər Sofyan AmrabatFilip Kosticin “Fenerbahçe”-dəki durumu da aydınlaşıb.

Fiziki hazırlıq baxımından komanda yoldaşlarının səviyyəsinə çatmaq üçün məşqini zalda davam etdirən Kostiç meydana çıxa bilməyəcək. Serbiyanın cinah oyunçusunun hədəfinin “Galatasaray” derbisi olduğu öyrənilib.

Millisinin oyun ilə əlaqədar ölkə xaricində olan Amrabatın durumu oyun günü müəyyənləşəcək. Bununla belə, mərakeşli ulduzun ikinci hissədə meydana çıxma ehtimalının yüksək olduğu bildirilib.

Bu arada zədəli futbolçulardan Aleksandr Djikunun Kasımpaşa ilə qarşılaşa biləcəyi, Bright Osayi Samuelin isə 10 gün meydanlardan uzaq qalacağı bildirilib.

Leave a Reply