Bakı, 20 noyabr, Sporaz.tv
Trendyol Super Liqasının 13-cü həftəsində noyabrın 23-ü şənbə günü səfərdə “Kayserispor“-la qarşılaşacaq “Fenerbahçe“(Fənərbaxça), matçın hazırlıqlarını davam etdirir. Sarı-göylü komandaya şad xəbər İrfan Can Kahveci və Cengiz Ünderdən gəldi.
Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”, Superliqanın 13-cü həftəsində “Kayserispor”-la qarşılaşacaqları matçın hazırlıqlarını davam etdirir.
“Fenerbahçe”-də zədəsini tam sağaldan İrfan Can Kahveci və Cengiz Ünderdən şad xəbər gəldi.
Hər iki futbolçu bu gün “Fenerbahçe”-nin məşqində komanda ilə çalışmağa başlayıb.
Digər tərəfdən, İrfan Can Kahveci və Cengiz Ünderin “Kayserispor” matçındakı oyun statusu hələ də bəlli deyil. Türkiyəli futbolçularla bağlı yekun qərar son məşqdən sonra veriləcək.