“Fenerbahçe”də Cengiz Ünderlə bağlı həqiqət üzə çıxıb

Bakı, 1 noyabr, Sporaz.tv

Fenerbahçe“(Fənərbağça)-nın təcrübəli futbolçusu Cengiz Ünder zədəsi səbəbindən “Trabzonspor” matçında meydana çıxa bilməyəcək.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe” tarixinin ən bahalı ikinci transferi olan Cengiz Ünder (15 milyon avro), gözləntilərin altında qalıb.

Jose Mourinho vəzifəyə gəldikdən sonra formanı tamamilə unudan Cengiz Ünder, zədə səbəbindən bir müddət komandadan uzaqlaşıb.

Sağ qasıq əzələsinin vətər qovşağında qismən yırtıq diaqnozu qoyulan Cengiz Ünder, UEFA Avropa Liqasında “Manchester United”(Mançester Yunayted), Super Liqada isə “Samsunspor” və “Bodrum FK” ilə matçlarda meydana çıxa bilməyib.

Cengiz Ünderin zədəsinin arxasındakı həqiqət üzə çıxıb.

Xəbərdə Cengiz Ünderin şans tapmaq üçün daha çox çalışdığı və gərginlik səbəbindən zədələndiyi bildirilib.

Bu mövsüm Superliqada 2, UEFA Avropa Liqasında isə 1 matça çıxan Cengiz Ünder cəmi 99 dəqiqə meydanda qala bildi və hesaba töhfə verə bilmədi.

Leave a Reply