“Fenerbahçe”də ayrılığı gözlənilən 6 futbolçu

Bakı, 21 avqust, Sporaz.tv

Transfer pəncərəsinin bitməsi yaxınlaşdıqca “Fenerbahçe”dın 6 futbolçunun ayrılacağı daha dəqiq hesab edilir. Jose Mourinhonun heyətdə saymadığı 6 futbolçu üçün hələ klub tapılmasa da, qısa zamanda bu futbolçularla vidalaşacağı gözlənilir.

Sporaz.tv xəbər verir ki, heyətini En-Nesyri, Saint-Maximin, Oğuz Aydın və Cenk Tosunla gücləndirən “Fenerbahçe”dən ayrılacaq futbolçuların taleyi maraq doğurur.

“Sarı-göylülər” heyətində Jose Mourinhonun diqqət çəkdiyi 6 futbolçu aldıqları təklifləri dəyərləndirir.

“Sarı-göylülər” Michy Batshuayi, Umut Nayir, Joao Pedro və Miguel Crespo ilə yollarını ayırıb və daha 6 futbolçunun klubdan ayrılması gözlənilir.

Luan Peres, Serdar Aziz, Miha Zajc, Ryan Kent, Emre Mor və Samet Akaydının “Fenerbahçe”dən ayrılacağı dəqiq hesab olunur.

“Fenerbahçe” bu mövsümə qədər transferlərə 47,56 milyon avro xərcləyib. “Sarı-göylü” komanda göndərdikləri futbolçulardan seyfinə 500 min avro qoyub.

Bahar Rüstəm