“Fenerbahçe”də 3 əskik

Bakı, 9 avqust, Sporaz.tv

Trendyol Super Liqasının 2024-25 mövsümünün açılış matçında “Fenerbahçe” “Adana Demirspor“u qəbul edib. “Fenerbahçe”nin matçdan əvvəl 3 futbolçusu əskikdir.

Sporaz.tv xəbər verir ki, yeni mövsümdən əvvəl Jose Mourinhonu baş məşqçi təyin edən “Fenerbahçe” Trendyol Superliqasında yeni mövsümün pərdəsini “Adana Demirspor”la matçla açır.

Sabah Kadıköydə “Adana Demirspor”u qəbul edəcək “Fenerbahçe”nin matç öncəsi 3 futbolçusu əskik olub.

Fred zədə səbəbindən “sarı-lacivərdlilər”in heyətində oynaya bilməyəcək.

Əvvəlki mövsümdən cəzalı olan Mert Hakan Yandaş və İrfan Can Eğribayat yarışda oynaya bilməyəcək.

“Fenerbahçe” yeni mövsüm öncəsi heyətini Levent Mercan, Oğuz Aydın, Cenk Tosun, Saint Allan-Maximin və Youssef En-Nesyri transferləri ilə gücləndirib.

“Fenerbahçe”nin “Adana Demirspor”u qəbul edəcəyi matç avqustun 10-u, şənbə günü saat 21:45-də başlayacaq.

Bahar Rüstəm