“Fenerbahçe”də 2024-25 mövsümünün ilk transferi rəsmiləşdi

Bakı, 30 may, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça) yeni mövsümün ilk transferini Fatih Karagümrükdən Levent Mercanla reallaşdırır.

Sporaz.tv xəbər verir ki, “Sarı-göylər” 23 yaşlı sol cinah müdafiəçisinin transferini rəsmiləşdirməyə hazırlaşır.

Çempionluq devizi ilə başlayan 2023-24 mövsümünü 2-ci sırada tamamlayan Fenerbahçe (Fənərbaxça), yeni mövsüm üçün qollarını suvadı. Fenerbahçe (Fənərbaxça) 2024-25 mövsümünün ilk gücləndirilməsini Levent Mercanla edir.

Fatih Karagümrük və futbolçu cəbhəsi ilə hər mövzuda razılaşan Fenerbahçe (Fənərbaxça), rəsmi prosedurlar tamamlandıqdan sonra Levent Mercanın transferini yekunlaşdıracaq.

Bu mövsüm Super Liqada aşağı liqaya düşən və 39 matça çıxan Levent Mercan 3323 dəqiqə meydanda olub və 1 qol, 5 məhsuldar ötürmə ilə bağlı statistikaya imza atıb.

Qeyd edək ki, Fənərbaxçanın Levent Mercan üçün 3 milyon avrodan bir qədər aşağı transfer haqqı ödəyəcəyi və futbolçu ilə 4 illik müqavilə imzalayacağı bildirilirdi.