“Fenerbahçe”də 2 ayrılıq

Bakı, 3 iyun, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça) Alagöz Holding Qadın Basketbol Komandası, əvvəlki mövsümü FİBA Super Kuboku, Türkiyə Kuboku, Avroliqa və Qadın Basketbol Super Liqası da daxil olmaqla 4 kubokla bağlayan Kitija Laksa ve Yvonne Anderson ilə yollarını ayırdı.

Sporaz.tv xəbər verir ki, sarı-göylü klubdan verilən açıqlamada, “2023-2024 mövsümündə formamızı geyinən və 4 kubokla tamamladığımız tarixi mövsümdə uğurumuzda payı olan Kitija Laksa və Yvonne Anderson ilə yollarımızı ayırdıq. Biz Kitija Laksa və Yvonne Andersona bütün səylərinə görə təşəkkür etmək istərdik və onlara karyeralarının yeni dövründə uğurlar arzulayırıq.”-sözləri qeyd olunub.