“Fenerbahçe”dən İsmail Yüksek üçün sürpriz qərar

Bakı, 13 oktyabr, Sporaz.tv

Kerem Aktürkoğlu və Orkun Kökçünün oynadığı “Benfica” ilə adı son vaxtlar hallanan İsmail Yüksekin daha 2 talibinin olduğu bildirilib. “Fenerbahçe”(Fənərbaxça)-nin “Marsilya” və “Atletico Madrid“-lə də maraqlanan İsmail Yüksek ilə ayrılmaq qərarına gələ biləcəyi iddia edilir.

Sporaz.tv məlumat verir ki, Sofyan Amrabatın transferindən sonra oyun müddəti azalan “Fenerbahçe”-nin futbolçusu İsmail Yüksek komandadan ayrılması gündəmdədir.

“Benfica”-nın maraqlandığı türkiyəli futbolçu üçün “Marsilya” və “Atletico Madrid” komandalarıda meydana çıxıb.

Sarı-göylü rəhbərliyin oyun şansları azalan İsmail Yüksekin gedişinə müsbət baxdığı və ara transfer dövründə onun transferinə icazə verə biləcəyi iddia edilib.

Keçən mövsüm “Atletico Madrid”-in satın alma opsiyalı icarə təklifini rədd edən “Fenerbahçe”-nin bu dəfə təkliflərə müsbət yanaşa biləcəyi bildirilib.

“Fenerbahçe” rəhbərliyi təklifləri yetərli saymasa, futbolçu maaşını artırıb yeni müqavilə imzalaya bilər.

“Fenerbahçe” ilə 2027-ci ilə qədər müqaviləsi olan İsmail Yüksek, bu mövsüm 11 matçda meydana çıxıb. 25 yaşlı futbolçu bu matçlarda nə qol vura, nə də assist edə bildi.