Bakı, 6 sentyabr, Sporaz.tv
“Fenerbahçe“(Fənərbağça), heyətinə daha bir yarımmüdafiəçi qatmağa hazırlaşır. Sarı-göylülər, Cristian Medinanın transferi üçün “Boca Juniors“(Boka Xuniors”)-la anlaşıb.
Sporaz.tv məlumat verir ki, Fenerbahçe Rəhbərliyi, Boca Juniors ilə Medinanın transferi üçün bonuslarla birlikdə 15 milyon dollarlıq təkliflə razılaşıb.
“Boca Juniors”, 22 yaşlı futbolçunun yanvara qədər komandada qalması şərti ilə “Fenerbahçe”-nin təklifini qəbul edib. Sarı-göylü komanda, yarı transfer dövründə komandaya qoşulacaq Medina ilə 5 illik müqavilə imzalayacaq.
Boca klubunda yetişən Cristian Medina, Argentina nəhəngi ilə 155 matçda 9 qol vurub, 11 məhsuldar ötürmə edib.
“Fenerbahçe” bir müddət əvvəl “Fiorentina”dan Sofyan Amrabatı heyətinə qatıb.