Bakı, 30 iyun, Sporaz.tv
“Fenerbahçe” Çağlar Söyüncünü heyətinə qatmaq cəhdlərini davam etdirir. Sarı-göylü komandanın qısa müddətdə bu transferi rəsmiləşdirməsi gözlənilir.
Sporaz.tv məlumat verir ki, Fenerbahçedə transfer fəaliyyəti davam edir. Sarı-göylü komanda daxili rotasiyasını gücləndirmək üçün ötən mövsüm bu komandada icarə əsasında çıxış edən Çağlar Söyüncünün transfer qiymətini almağı hədəfləyib.
“Atletico Madrid“lə danışıqlarda son mərhələyə çatan sarı-göylülər bu transferi qısa zamanda başa çatdırmağı hədəfləyib.
Türkiyə komandası futbolçu ilə ən azı 3 illik müqavilə imzalamaq istəyən rəhbərliyin İspaniya komandası ilə anlaşmağa hazırlaşdığı öyrənilib.
Çağlar Söyüncü İstanbulda idman direktoru Mario Branco və İdarə Heyətinin üzvü Acun Ilıcalı ilə də görüşüb. Çağların “Fenerbahçe”də oynamaq istədiyini klubuna bildirməsi bu prosesi sürətləndirdi.
Çağlar Söyüncü ötən mövsüm 16 matçda forma geyinib. 28 yaşlı futbolçu bu matçlarda 2 qol vurub, 1 qol vurub.