“Fenerbahçe”,272-ci dəfə Avropa səhnəsində

Bakı, 29 iyul, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça), UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında sabah İsveçrənin Lugano komandasını qəbul edəcək. Bu qarşılaşma ilə sarı-göylülər, 272-ci dəfə Avropa səhnəsində çıxış edəcək.

Sporaz.tv xəbər verir ki, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında sabah İsveçrənin Lugano komandasını qəbul edəcək Fenerbahçe (Fənərbaxça), avrokuboklarda 272-ci matçına çıxacaq.

Sarı-göylülər, avrokuboklarda keçirdiyi 271 matçda 108 qələbə və məğlubiyyət qazanaraq, 55 dəfə meydanı heç-heçə ilə tərk edib. Sözügedən yarışlarda 370 qol vuran Fenerbahçe (Fənərbaxça), 387 qol buraxıb.

Fenerbahçe (Fənərbaxça), Avropa futbolunun 1 nömrəli təşkilatının seçmə mərhələsində sabah 36-cı matçına çıxacaq. Sarı-göylülər, UEFA Çempionlar Liqasının seçmə mərhələsində əvvəlki 35 matçda 13 qələbə, 11 heç-heçə və məğlubiyyətlə üzləşib.

Fenerbahçe (Fənərbaxça), sözügedən yarışlarda 52 qol vursa da, qapısında 42 qolun qarşısını ala bilməyib.