“Fenerbahçe” xal itirdi

Bakı, 21 oktyabr, Sporaz.tv

Trendyol Super Liqanın 9-cu həftəsində “Samsunspor” və “Fenerbahçe” (Fənərbaxça) komandaları qarşılaşıb.

Sporaz.tv xəbər verir ki, matç 2:2 hesabı ilə yekunlaşıb. “Fenerbahçe” (Fənərbaxça) beləliklə liqada xalını 17-yə yüksəldib.

“Fenerbahçe” (Fənərbaxça) qarşılaşmada 24-cü dəqiqədə Dusan Tadiclə önə keçib. İkinci hissənin əvvəlində Carlo Holse hesabı bərabərləşdirib.

62-ci dəqiqədə Saint-Maximin (Sent-Maksim) dəbli qolu ilə “Fenerbahçe” (Fənərbaxça) yenidən hesabda önə keçib. Oyunda son nöqtəni 88-ci dəqiqədə Soner Gönül qoyub. Beləliklə hər iki komanda meydanı 1 xalla tərk ediblər.

Bu nəticə ilə xalını 17-ə yüksəldən “Fenerbahçe” (Fənərbaxça) 4-cü pillədə yerini alıb. Xalı 19-a yüksələn “Samsunspor” isə 3-cü pillədə qərarlaşıb və “Fenerbahçe” (Fənərbaxça) üzərindəki yerini qoruyub.