“Fenerbahçe” ulduzlarla təmasdadır

Bakı, 13 iyun, Sporaz.tv

Yeni mövsüm öncəsi heyətini gücləndirməyi hədəfləyən Fenerbahçe (Fənərbaxça) hansı bölgələrə transfer edəcəyini müəyyənləşdirib. Baş məşqçi Joze Mourinho yarımmüdafiədə, sol cinahda və mərkəz hücumçu mövqelərində möhkəmləndirmələr istəyib.

Sporaz.tv xəbər verir ki, baş məşqçi Joze Mourinho möhkəmlətməyə ehtiyacı olan sahələri sarı-göylərin rəhbərliyinə çatdırıb. O düşünür ki, transferlər mərkəz yarımmüdafiə, sol cinah və mərkəz hücumçu zonalarına edilməlidir.

Baş məşqçi Mourinhonun istəyi ilə transfer işlərinə başlayan Fenerbahçe, Fred və İsmail Yüksek ilə birlikdə orta sahədə oynaya biləcək rəqabətə davamlı ad axtarır. Sarı-göylülər İngiltərə başda olmaqla Avropanın digər 4 böyük liqasında çıxış edən futbolçuların vəziyyətini yaxından izləyir.

Ali Koç və heyəti Çempionlar Liqası və Super Liqada ən yüksək səviyyədə çıxış edə biləcək futbolçulara diqqət yetirib. Komandadan ayrılacaq futbolçuların transfer gəlirlərinə görə heyətin strukturuna aydınlıq gətiriləcəyi gözlənilir.

Komandanı tərk edəcək adlar hələ müəyyənləşməyib. Bütün futbolçuların çıxışını yaxından görmək istəyən baş məşqçi Joze Mourinho son qərarını düşərgə dövründən sonra verəcək.