Bakı, 22 iyul, Sporaz.tv
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Lugano” ilə qarşılaşacaq Fenerbahçe (Fənərbaxça)-nın heyəti açıqlanıb.
Sporaz.tv xəbər verir ki,Fenerbahçe (Fənərbaxça), UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında sabah, “Lugano” ilə qarşılaşacaq.
Qarşılaşmadan əvvəl sarı-göylülərin UEFA heyəti dəqiqləşib.
UEFA-nın saytında yer alan məlumata görə, Fenerbahçe (Fənərbaxça)-nın futbolçuları Samet Akaydin, Levent Mercan, Luan Peres, Miguel Crespo, Miha Zajc, Cengiz Ünder, Emre Mor, Burak Kapacak, Umut Nayir heyətdə yer almayıb.
Sarı-göylülərin matça qədər heyətdə 2 dəyişiklik etmək hüququ var.
UEFA-nın saytında yer alan məlumata görə ,Fenerbahçe (Fənərbaxça)-nın heyəti belədir:
Qapıçı: İrfan Can Eğribayat, Dominik Livakovic, Ertuğrul Çetin
Müdafiə: Çağlar Söyüncü, Alexander Djiku, Mert Müldür, Jayden Oosterwolde, Rodrigo Becao
Yarımmüdafiəçi: İsmail Yüksek, Ferdi Kadıoğlu, Mert Hakan Yandaş, Ryan Kent, İrfan Can Kahveci, Bartuğ Elmaz, Rade Krunic, Fred, Sebastian Szymanski, Oğuz Aydın
Hücumçular: Edin Dzeko, Dusan Tadic, Bright Osayi-Samuel, Cenk Tosun, Allan Saint-Maximin