“Fenerbahçe” üçün sürpriz iddia

Bakı, 9 iyul, Sporaz.tv

Beşiktaş“la müqaviləsi başa çatan Cenk Tosun üçün təəccüblü iddia ortaya atılıb. Türkiyə milli futbolçusunun bir çox komandadan təklif aldığı və bu komandalar arasında “Fenerbahçe“nin da olduğu iddia edilib. “Sarı-göylülər”in Batshuayinin gedişindən sonra Cenk Tosunu ehtiyat mərkəz hücumçusu hesab etdiyi bildirilib.

Sporaz.tv xəbər verir ki, AVRO-2024-də millidə çıxış edən Cenk Tosunun “Beşiktaş”la müqaviləsi başa çatıb. Turnirdən qayıtdıqdan sonra gələcəyi ilə bağlı qərar verməyə hazırlaşan təcrübəli mərkəz hücumçusu ilə bağlı diqqətçəkən iddia gündəmə gəlib.

“Sarı-göylü” komandanın Batshuayinin gedişindən sonra Cenk Tosunu gündəmə gətirdiyi iddia edilir.

“Fenerbahçe”nin futbolçu ilə əlaqə saxladığı, lakin Cenk Tosunun son dəfə “Beşiktaş”la görüşmək istədiyi və bundan sonra qərar verəcəyi bildirilib.

Cenk Tosun ötən mövsüm 47 matçda “Beşiktaş”ın formasını geyinib.

33 yaşlı futbolçu bu matçlarda 11 qol vurub, 8 məhsuldar ötürmə edib.

Bahar Rüstəm