Fenerbahçe üçün Osimhen iddiası

Bakı, 8 noyabr, Sporaz.tv

Galatasaray”ın (Qalatasaray)”Napoli”dən icarəyə götürdüyü dünya şöhrətli hücumçu Viktor Osimhen haqqında Portuqaliya mətbuatında təəccüblü iddia irəli sürülüb. “Fenerbahçe”nin (Fənərbaxça) nigeriyalı hücumçunun transfer haqqını almaq üçün işə keçə biləcəyi irəli sürülüb. Bundan əlavə, “Fenerbahçe” (Fənərbaxça) transferin baş tutması üçün “Galatasaray”ın (Qalatasaray) planlaşdırdığı təklif üçün nə qədər pul ödəməsi lazım olduğu da bildirilib.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin (Fənərbaxça) Viktor Osimhen üçün Napoli ilə danışıqlar aparacağını iddia edilib.

“Galatasaray”ın da “Napoli”dən icarəyə götürdüyü nigeriyalı hücumçunun transfer qiymətini almaq üçün can atdığı bildirilib.

Digər tərəfdən yay transfer pəncərəsində Osimhenin sərbəst qalmasının 75 milyon avroya düşəcəyi vurğulanan xəbərdə Galatasarayın planlaşdırdığı təkliflə bağlı da iddia irəli sürülüb.

Xəbərdə “Galatasaray”ın 50 milyon avrodan çox təklif etməyi planlaşdırmadığı iddia edilib.

Qeyd edək ki, Osimhen “Galatasaray” (Qalatasaray) forması ilə 8 oyun keçirib.

Nigeriyalı hücumçu bu matçların 7-nə ilk 11-də başlayıb və 6 qol, 3 məhsuldar ötürmə yadda qalıb.

Leave a Reply