Bakı, 8 noyabr, Sporaz.tv
“Galatasaray“(Qalatasaray)_ın “Napoli”-dən icarəyə götürdüyü dünya şöhrətli hücumçu Victor Osimhen haqqında Portuqaliya mətbuatında təəccüblü iddia ortaya atılıb. “Fenerbahçe“(Fənərbağça)-nin nigeriyalı hücumçunun transfer haqqını almaq üçün işə keçə biləcəyi irəli sürülüb. Bundan əlavə, “Fenerbahçe”-nin transferin baş tutması üçün “Galatasaray”-ın planlaşdırdığı təklif əsasında nə qədər pul qurban verməsi lazım olduğu da bildirilib.
Sporaz.tv məlumat verir ki, Portuqaliya mətbuatından OJogo, “Fenerbahçe”-nin Victor Osimhen üçün “Napoli” ilə danışıqlar aparacağını iddia edib.
“Galatasaray”-ın da “Napoli”-dən icarəyə götürdüyü nigeriyalı hücumçunun transfer haqqını almaq üçün can atdığı bildirilib.
Digər tərəfdən, yay transfer dövründə Osimhenin sərbəst qalma əvəzinin 75 milyon avroya düşəcəyi vurğulanan xəbərdə “Galatasaray”-ın planlaşdırdığı təkliflə bağlı da iddia irəli sürülüb.
Xəbərdə “Galatasaray”-ın 50 milyon avrodan çox təklif etməyi planlaşdırmadığı iddia edilib.
Osimhenin transferi ilə bağlı irəliləyiş əldə etmək üçün “Fenerbahçe”-nin “Napoli”-yə 50 milyon avrodan çox təklif etməli olduğu bildirilib.
Osimhen, “Galatasaray”-da 8 oyun keçirib. Nigeriyalı hücumçu bu qarşılaşmaların 7-nə ilk 11-də başlayıb və 6 qol və 3 məhsuldar ötürmə ilə hesaba töhfə verib.